22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Yanvarda dünyada 40 mindən çox insan vəbaya yoluxub

13-02-2024

Ötən il dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insan xəstələnib.

Fhnews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat xəstəliyin dünyada daha da yayılma riskini çox yüksək qiymətləndirib.

Vəbanın davamlı şəkildə yayılması “2024-cü ilin əvvəlində aydın olur: təkcə yanvar ayında 17 ölkədən 40 900 yoluxma halı və 775 ölüm halı qeydə alınıb”. Xəstəliyin ilin əvvəlindən ÜST-nin altı regionundan dördündə - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada qeydə alınıb. Yoluxmaların xüsusilə güclü artımı Zambiya və Zimbabvedə aşkarlanıb.

ÜST xatırladıb ki, 2023-cü ildə 30 ölkədə 708,2 mindən çox vəba yoluxması qeydə alınıb, 4,3 mindən çox insan dünyasını dəyişib. Doqquz ölkədə yoluxma hallarının sayı 10 mini ötüb. Təşkilatın məlumatına görə, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəba yoluxması müəyyən edilib.

Paylaş: