22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST xəbərdarlıq etdi: Qızılcaya yoluxma halları dünyada 79 % artıb

20-02-2024

Ümumdünya Səhiyyə Təşkilatı dünyada qızılcaya yoluxanların sayının sürətlə artması ilə əlaqədar həyəcan təbili çalıb. Ötən il qeydə alınan xəstələrin sayı 2022-ci illə müqayisədə 79 % artıb. 2023-cü ildə dünyada 306 mindən çox insan qızılcaya yoluxub. 
Təşkilatın qızılca üzrə texniki müşaviri Nataşa Kroukroft xəstəliklə bağlı çox az məlumat verildiyini və real rəqəmin şübhəsiz ki, daha çox olduğunu deyib. 

Daha dəqiq rəqəmlər əldə etmək üçün ÜST hər il statistik məlumatları açıqlayır. Təşkilatın son proqnozu 2022-ci ildə 9,2 milyon qızılcaya yoluxma və 136,216 ölüm halını göstərir. Kroukroft xəbərdarlıq edib ki, bütün dünya ölkələrinin yarısından çoxunda  ilin sonuna qədər qızılca xəstəliyinə tutulma riski yüksəkdir.

Qızılca əsasən uşaqların daha çox yoluxduğu xəstəlikdir. Ən ciddi ağırlaşmalara korluq, beyin şişməsi, ishal və ciddi tənəffüs yoluxucu infeksiyalar daxildir. Mütəxəssislər yoluxma faktlarının artmasının əsas səbəbinin peyvəndlə əlaqəli olduğunu, daha dəqiq desək peyvənd edilməməsi ilə bağlı olduğunu deyirlər.  Beləki, bir bölgədəki uşaqların ən azı 95 faizi xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstəliyə qarşı tam peyvənd edilməlidir, lakin qlobal peyvənd nisbətləri 83 faizə düşüb.

Paylaş: