ÜST süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə aylığı keçirir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Süd Vəzi Xərçəngi Təşəbbüsü (GBCI) 2040-cı ilədək dünyada 2,5 milyon qadının həyatını xilas edə bilər.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, bu çərçivədə oktyabrın 31-dək süd vəzi xərçəngi üzrə məlumatlandırma aylığı keçirilir.
ÜST-nin məlumatında qeyd olunur ki, süd vəzi xərçəngi hər il təxminən 2,3 milyon insanda qeydə alınır və hazırda dünyada ən çox yayılmış onkoloji xəstəlikdir. Bu, hər iki cinsdən olan hər səkkiz xərçəng hadisəsindən birini və qadınlarda bütün xərçəng növlərinin dörddəbirini təşkil edir, eyni zamanda, xəstələrin 70 faizində ölümlə nəticələnir. Səhiyyə sistemində mövcud problemlərlə yanaşı, məlumatlılıq və bilik səviyyəsi aşağı olan xəstələrin sayının artması erkən diaqnostika xidmətlərinin aşağı səviyyədə olmasına səbəb olur və nəticədə gec mərhələdə qoyulan diaqnozlar çox vaxt sağalma ehtimalını sıfıra endirir. Bundan başqa, resurs çatışmazlığı süd vəzi xərçənginə tutulan nisbətən gənc əhaliyə mənfi təsir edir və bu, vaxtından əvvəl ölüm hallarını artırır.
Məlumatda diqqətə çatdırılıb: “ÜST 2040-cı ilə qədər bu xəstəliyə tutulan qadınlar arasında ölüm nisbətini ildə 2,5 faiz azaltmaq üçün 2021-ci ildə Qlobal Süd Vəzi Xərçəngi Təşəbbüsünü irəli sürüb. Süd vəzi xərçəngi haqqında maarifləndirmə ayı (BCAM) hər ilin oktyabrında süd vəzi xərçəngi haqqında məlumatlılığı artırmaq məqsədilə qlobal səviyyədə qeyd olunur. Bu ilin oktyabrında biz erkən aşkarlamanın, vaxtında diaqnoz qoyulmasının, hərtərəfli müalicənin və xəstə naviqasiyası da daxil olmaqla, həyat təcrübəsi olan insanlara dəstək göstərilməsinin vacibliyini vurğulayacağıq. Bu fəaliyyət, həmçinin bütün maraqlı tərəflərə irəliləyişi nəzərdən keçirmək, xəstəliklə mübarizədə öhdəlikləri yerinə yetirmək və onları yeniləmək, süd vəzi xərçəngi xidmətinə çıxışda mövcud bərabərsizlikləri və problemləri həll etmək üçün səyləri artırmaq imkanı verir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...