22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Sudanda vəba səbəbindən 300-dən çox ölüm halı qeydə alınıb

16-08-2024
IMG

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.

Fhnews.az “Reuters”a istinadla xəbər verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

Paylaş: