ÜST: Sudanda vəba epidemiyası 120 nəfərin həyatına son qoyub
İyulun sonundan bu günə kimi Sudanda epidemiya səbəbindən 2 700 nəfərə yaxın insan vəbaya yoluxub, 120 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.
"Kassala və digər əyalətlərdə yeni vəba epidemiyası 2024-cü ilin iyul ayının sonundan etibarən sürətlə genişlənib, avqustun sonunda yoluxma hallarının və ölümlərin sayı müvafiq olaraq, 2 700 və 120 təşkil etdi", - təşkilatın xəbər bülletenində bildirilir.
Ən çox yoluxma və ölüm halları ilə beş vilayətdə (Kassala, Xartum, Əl-Gezira, Qedaref və Nil) qeydə alınıb.
ÜST xatırladıb ki, Afrika ölkəsində əvvəlki vəba epidemiyası 2023-cü ilin iyununda başlayıb. 12 iyul 2024-cü il tarixinə olan məlumata görə, 12 əyalətdə 11 241 yoluxma halı qeydə alınıb, 309 insan ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...