22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST son həftələrdə Covid-19 hallarının artdığı barədə xəbərdarlıq edir

07-08-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatının  Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhovenin verdiyi məlumata görə, son zamanlarda dünyada “Covid-19” halları 10 % artıb. Onun dediyinə görə, 84 ölkədəki müşahidə sistemindən əldə edilən məlumatlar “Covid-19” üçün verilən müsbət testlərin faizinin  son bir neçə həftədə artdığını göstərir. Hazırda Avropada pozitivlik 20 faizdən çoxdur.

Mövsümdən asılı olmayaraq son aylarda bir çox ölkədə “Covid-19” hadisələrinin artmasına diqqət çəkən Kerkhove Fransada keçirilən Paris 2024 Olimpiya Oyunlarında yarışan ən azı 40 idmançının “Covid-19” testinin pozitiv çıxdığını da əlavə edib.  Kerkhove bu dalğalanmaların bir çox ölkədə xəstəxanaya yerləşdirmə və ölüm hallarının artmasına səbəb olduğunu vurğulasa da, ölkələrin “Covid-19” və onun təsirləri ilə mübarizə aparmaq üçün sərmayə yatırmalı olduqlarını vurğulayıb.

Paylaş: