ÜST-nin rəhbəri “X” virusu ilə bağlı xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Davosda iştirak etdiyi panel iclasında diqqətçəkən açıqlamalar verib.
Fhnews.az xarici KİV-ə istinadla xəbər verir ki, təşkilatın rəhbəri sirli adlandırdığı “X” virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib və ölkələri yeni pandemiya ehtimalına hazır olmağa çağırıb. Onun sözlərinə görə, bu virus COVID-19-dan 20 dəfə daha ölümcüldür. “X” virusunun laboratoriya analizlərinin nəticələrini də açıqlayan ÜST-nin rəhbəri bildirib ki, onun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər və bu xəstəlik hər beş ildən bir fəallaşacaq. O vurğulayıb: “Bu ilin mayında bütün ölkələrin ortaq düşmən olan pandemiyaya qarşı razılığa gələcəyinə ümid edirəm. Bilinməyən, lakin başvermə ehtimalı olan məsələlər var. Biz bütün ssenarilərə hazır olmalıyıq. COVID-19 pandemiyasında çoxlu sayda insan öldü, çünki prosesi yaxşı idarə edə bilmədik. Yetərli həcmdə oksigen yox idi. İndi biz zərurət yarandığında mükəmməl fəaliyyət göstərəcək bir sistem qurmalıyıq”.
Gebreyesus ortaq səylər nəticəsində dünyanın hər hansı yerində baş qaldıran epidemiyanın qarşısını almağın mümkün olacağını bildirib. O əlavə edib ki, növbəti pandemiyanın bəşəriyyəti qəfil yaxalamasına imkan vermək olmaz.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...