22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Avropada hər il 2,7 milyon insan tütün, emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtdən ölür

12-06-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatı dörd əsas amilin – tütün, normadan artıq emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtin Avropada ildə 2,7 milyon insanın ölümünə səbəb olduğunu açıqlayıb.

Fhnews.az “The Straits Times” saytına istinadla xəbər verir ki, ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge bu dörd amilin hər gün azı 7 min insanı məhv etdiyini söyləyib.

ÜST bildirib ki, sənayenin həmin sahələri ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərlə mübarizə səylərinə mane olur.

Məlumatda qeyd olunub ki, Avropada böyüklərin təxminən 60 faizi, uşaqların üçdəbiri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. 2017-ci ilin ən son məlumatları göstərir ki, Avropada ürək-damar xəstəlikləri və xərçənglə bağlı hər beş ölümdən biri qeyri-sağlam qidalanma vərdişlərinin nəticəsidir.

ÜST ölkələri qeyri-sağlam məhsulların marketinqi, inhisarçılıq praktikası və lobbiçiliklə bağlı daha güclü qaydaların tətbiqi ilə mübarizə aparmağa çağırıb.

Paylaş: