Ümumdünya Meteorologiya Təşkilatı: Ozon təbəqəsi uzunmüddətli bərpa yolundadır
Ümumdünya Meteorologiya Təşkilatı “Beynəlxalq Ozon qatının mühafizəsi günü” münasibətilə ozon təbəqəsinin vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabatda ozon təbəqəsinin mühafizəsi istiqamətində aparılan mövcud siyasət nəticəsində ozon təbəqəsinin uzunmüddətli bərpa yoluna keçdiyi bildirilib. Xlor və brom kimi bəzi maddələrin ozon təbəqəsini məhv edərək zərər verdiyi bildirilən hesabatda bu maddələrin istifadəsinin aradan qaldırılmasının iqlimə faydaları diqqətə çatdırılıb.Hesabatda vurğulanıb ki, bu mövzuda mövcud siyasətlər davam etdirilərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər Antarktidada, 2045-ci ilə qədər qədər Şimal Qütbündə ozon dəliyinin 1980-ci ildən əvvəlki dəyərlərə çatacağı gözlənilir.
2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı və ÜMT tərəfindən dəstəklənən elmi qiymətləndirməyə əsasən, Antarktidadakı ozon dəliyi 2000-ci ildən başlayaraq tədricən yaxşılaşıb və Ozon Qatını Təmizləyən Maddələrə dair Monreal Protokolu bütün zamanların uğurlu ətraf mühitin mühafizəsi sistemi olaraq qiymətləndirilib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş “Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü” münasibəti ilə verdiyi yazılı açıqlamada bir vaxtlar “xəstə” olan ozon təbəqəsinin sağalma yolunda olduğunu bildirib və əlavə edib ki, çoxtərəfliliyin ciddi təzyiq altında olduğu bir vaxtda ozon təbəqəsinin qorunmasına ehtiyac var. O, Monreal Protokolunu güclü ümid simvolu kimi xarakterizə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...