22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı:  “El Nino”  sona çatmaq üzrədir

03-06-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatı qlobal temperaturun artmasına səbəb olan "El Nino" hava fenomeninin sona çatma əlamətləri göstərdiyini və planeti sərinliyin sonuna doğru "La Nina" hava şəraitinə qayıtdığını bildirib. 

Təşkilatın yaydığı hesabatda qeyd olunur ki, keçən ildən təsirli olan və bütün dünyada qlobal temperaturun artmasına və ekstremal hava şəraitinə səbəb olan “El Nino” artıq sona çatma əlamətlərini göstərir. Bu ilin iyul-sentyabr aylarında “La Nina”nın görünmə ehtimalının yüzdə 60 olaraq təxmin edildiyi bildirilib.

Hesabatda son 9 ilin rekordların ən isti dövrü olduğu göstərilib. 

Hesabatda fikirləri yer alan Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibinin müavini Ko Barretin fikrincə, 2023-cü ilin iyun ayından etibarən hər ay yeni temperatur rekordu qırılıb və 2023-cü il indiyə qədər qeydə alınan ən isti il olub.

“El Nino” effektinin sona çatmasının uzun müddətli iqlim dəyişikliyində fasilə demək olmadığına diqqət çəkən Barret planetin istixana qazları səbəbiylə istiləşməyə davam edəcəyini qeyd edib və fikirlərini belə əsaslandırıb: 

"Növbəti aylarda dəniz səthinin qeyri-adi dərəcədə yüksək temperaturu əhəmiyyətli rol oynamağa davam edəcək. Atmosferimizdəki əlavə istilik və rütubət səbəbindən hava şəraitimiz daha çətin olmağa davam edəcək. Buna görə də hamı üçün ilkin xəbərdarlıqlar Ümumdünya Meteorologiya Təşkilatının əsas prioriteti olaraq qalır.”

Paylaş: