22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı Aralıq dənizinin temperaturu ilə bağlı xəbərdarlıq edib

21-04-2024

ÜMT temperaturun  qlobal orta göstəricidən yuxarı qalxacağını bildirib. Təşkilatın iqlim üzrə eksperti Jose Alvaro Pimpao Silva bu barədə proqnoz verərək deyib ki, Aralıq dənizində hava və dəniz temperaturları, onların ekstremal dəyərləri və xüsusilə istilik dalğaları qlobal ortalamanın üzərində artmaqda davam edir. Xose Alvaro Pimpao Silva 22 Aprel Beynəlxalq Ana Yer Günü münasibətilə qlobal iqlim dəyişikliyinin Aralıq dənizi regionu və Türkiyəyə təsiri ilə bağlı sualları cavablandırarkən bu barədə məlumat verib. 

İqlim sisteminin müxtəlif komponentləri üçün həyəcanverici rekordların qırıldığına diqqət çəkən Silva buzlaqların getdikcə daha çox əriməsinə  şahidlik etdiyini və 1950-ci ildən bəri tarixin ən böyük buzlaq itkisinin 2022-2023-cü illərdə baş verdiyini xatırladıb.

Keçən il qlobal orta dəniz səviyyəsinin rekord səviyyəyə çatdığını qeyd edən Silva bunun insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları səbəbiylə istiləşmə iqliminin təsirini göstərdiyini ifadə edib :  "Okean istiliyinin miqdarı da təxminən 65 illik müşahidə rekordlarının ən yüksək səviyyəsinə çatıb. Ən çox danışılan iqlim göstəricisi illik qlobal temperaturdur. 2023-cü il rekordların ən isti ili olub." 

Silva daha isti bir atmosferin bəzi bölgələrin daha intensiv yağıntılar alma şansını artıracağını və bunun atmosferin buxarlanma tələbinin daha yüksək olması səbəbindən digər bölgələrdə şiddətli quraqlıqların baş verəcəyi anlamına gələcəyini söyləyib.

Avropanın 1980-ci ildən bu yana qlobal orta göstəricidən iki dəfə çox isindiyini ifadə edən Silva Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin  bu əsrdə iqlim dəyişikliyinin Aralıq dənizi bölgəsində cəmləşəcəyini açıqladığını bildirib.Önümüzdəki illərdə Aralıq dənizində dəniz səviyyəsinin daha da yüksəlməsinin gözlənildiyinə diqqət çəkən Silva "Aralıq dənizi ətrafındakı alçaq sahil bölgələrində sel riskləri yəqin ki, artacaq"-deyib.

İqlim dəyişikliyinin çay axınlarını azaldaraq bölgədə suyun mövcudluğunu təhdid etdiyinə diqqət çəkən Silva bu vəziyyətin bölgədəki hidroelektrik potensialının da azalmasına səbəb olacağını söyləyib.

Paylaş: