Üç ildən sonra Moskvadan ilk birbaşa uçuş Havanaya çatıb
“Rossiya Hava Yolları”nın (Aeroflot qrupuna daxil olan) təyyarəsi bazar günü günortadan sonra beynəlxalq hava limanında eniş edib.
Fhnews.az TASS-a istinadla xəbər verir ki, bu, Rusiya və Kuba paytaxtları arasında 2020-ci ildən, koronavirus pandemiyasından sonra ilk birbaşa reysdir. Təyyarənin göyərtəsində 300-dən çox sərnişin olub. Terminalda onları bir qrup kubalı musiqiçi qarşılayıb.
Aviaşirkətin cədvəlinə əsasən, uçuşlar çərşənbə və bazar günləri yerinə yetiriləcək. Artan tələblə əlaqədar olaraq dekabrın 30-da marşrut üzrə əlavə reys planlaşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...