Uşaqlarda qarın ağrısı digər xəstəliklərin xəbərçisi ola bilər
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Qarın ağrıları digər ağır xəstəliklərin də “carçı”sı ola bilər.
Fhnews.az Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətində istinadla xəbər verir ki, bu sözləri mərkəzin strukturuna daxil olan 17 nömrəli uşaq poliklinikasının baş həkimi Gülər Paşayeva deyib.
Onun sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər: “Buna görə də ilkin səhiyyə xidməti müəssisələri uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edir. Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən ola bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir.
Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər olarsa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ətrafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı yaranan ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləridir. Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxiləyə gətirib çıxarır”.
Həkim-pediatr qeyd edib ki, çox vaxt qarın ağrıları digər orqan xəstəliklərində özünü büruzə verir. “Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər”, - deyə G.Paşayeva əlavə edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...