Uşaqlarda mədə-bağırsaq infeksiyasının müxtəlif şəkildə müşahidə olunması törədicinin növündən və şiddətindən asılıdır
Bildiyiniz kimi, yay fəslində insan orqanizmi günəş şüalarına daha çox məruz qalır. Bu da günvurma, istivurma, dermatitlər şəklində özünü büruzə verir. Eyni zamanda, havanın isti olması mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olan bakteriya və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Yay mövsümü xəstəlikləri arasında ilk yeri məhz mədə-bağırsaq infeksiyaları tutur.
Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi professor Afət Novruzova deyib.
A.Novruzova bildirib ki, ümumiyyətlə, infeksiya patogen mikroorqanizmin digər canlı orqanizmə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda, o, müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses baş verir. İnfeksion xəstəlik qeyri-infeksion xəstəliklərdən spesifik olmağı, yoluxuculuğu, mərhələlərlə inkişaf etməsi və bəzi infeksiyalardan sonra postinfeksion immunitetin yaranması ilə səciyyələnir.
Spesifik dedikdə, hər bir yoluxucu xəstəliyin müəyyən törədicisi olduğu nəzərdə tutulur. Yoluxuculuq dedikdə isə infeksion xəstəlik zamanı xəstəlik törədicisinin xəstələrdən sağlam insana təmas və ya aralıq insan vasitəsilə keçməsi deməkdir. Mədə-bağırsaq infeksiyalarına mədə və nazik bağırsağın iltihabına səbəb olan viral, bakterial və parazitar infeksiyalar daxildir. Bakterial infeksiyalara Salmonella, “E.Coli” (“Escherichia coli”), “Shigella”, “Campylobakter” kimi patogen bakteriyalar, viral infeksiyalara isə noravirus, rotavirus, adenovirus və s. aiddir.
Uşaqlarda mədə-bağırsaq infeksiyasının müxtəlif şəkildə müşahidə səbəblərindən danışan mütəxəssisin sözlərinə görə, bu, törədicinin növündən, şiddətindən, orqanizmin immun vəziyyətindən, vaxtında görülən tədbirdən və düzgün seçilən müalicədən asılıdır. Məsələn, rotavirusa yoluxma uşaq və körpələrdə ishala səbəb olur. Rotavirus infeksiyası zamanı, adətən xəstə insan sağlam insanı yoluxdurur. İkinci yerdə adenovirus durur. Adenovirusla yoluxan şəxslərdə ishal, hərarət, səpgi, yuxarı tənəffüs yollarının iltihabı və s. müşahidə olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...