22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Uşaqlara qayğı, onların sosial müdafiəsi və sağlamlığı diqqət mərkəzindədir

01-06-2024
IMG

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan uşaqlara, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlara, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial ödənişlər edilir.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə uşaq götürənlər aylıq sosial ödənişlə təmin edilirlər. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir.

Həmin sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir və həmin ödənişlər mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 550 nəfərdən çox benefisiar təlimə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 293-nü uşaqlar təşkil edib.

Əlilliyi olan uşaqların reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində də ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb.

Son illər Qəbələ və Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzləri yaradılmaqla nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 4-ə çatdırılıb. Digər bölgələrdə də belə müəssisələrin yaradılması nəzərdə tutulur.

Bu ilin ötən dövründə nazirlik tərəfindən əlilliyi olan 9,2 mindən çox uşağa ambulator və stasionar, habelə səyyar formada reabilitasiya xidmətləri göstərilib. Həmçinin bu dövrdə əlilliyi olan və digər həssas qruplardan olan 6,2 min uşaq isə səyyar, stasionar və yarımstasionar formada reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilib.

2019-cu il noyabrın 1-dən övladlığagötürmə üzrə idarəetmə və xidmətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirilir. Bu sahədə elektron infrastruktur üzərində müasir, şəffaf və çevik xidmətlər sistemi yaradılıb. Həmin vaxtdan 562 uşaq övladlığa götürülüb.

Ölkəmizdə uşağa qayğı sisteminin inkişaf etdirilməsi sahəsində növbəti addım olaraq “Himayədar ailə” modeli də tətbiq olunur. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi və inkişafına xidmət “Himayədar ailə” qayğı modeli çərçivəsində 15 uşaq artıq himayədar ailələrə verilib.

 

 

 
 
 

Bizi s

Paylaş: