22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Uşaq və gənclər üçün sosial media və smartfon məhdudiyyətləri bütün dünyada genişlənir

20-09-2024
IMG

Sosial media və smartfonların üstünlük təşkil etməsi internetdə nəzarətsiz vaxt keçirən uşaq və gənclər üçün riskləri yenidən gündəmə gətirib.
Əhalinin böyük əksəriyyəti, xüsusən də uşaq və gənclər ekran qarşısında uzun müddət keçirərək, manipulyasiya, rəqəmsal zorakılıq, dezinformasiya, nifrət nitqi, ədəbsiz məzmun, şəxsi həyatın toxunulmazlığının pozulması, fırıldaqçılıq və kibertəhlükəsizliklə bağlı narahatlıqları artırır. Bu isə aparıcı ölkələrin müxtəlif səbəblərdən smartfon və sosial media platformalarını tənzimləməsinə və məhdudlaşdırmasına səbəb olub.
Avropada bir çox siyasətçilər sosial media yaşını 15 və ya 16 ilə məhdudlaşdırmağı tövsiyə etsələr də, platformaların müəyyən etdikləri 13 yaş həddini lazımi qaydada həyata keçirmədiyini iddia edirlər.

“Datareportal”ın 2024-cü il məlumatlarına görə, təxminən 5,5 milyard insan, yəni dünya əhalisinin 67 faizi internetdən, 70 faizi isə mobil telefondan istifadə edir. Sosial media profillərinin nisbəti əhalinin təxminən 64 faizinə uyğundur. Dünya üzrə internet istifadəçiləri gündə orta hesabla 6,5 saatını onlayn rejimdə keçirirlər.

Ötən həftə Avstraliyanın Baş naziri Entoni Albanese sosial medianın uşaqları real həyatdan, onların ailələrindən və dostlarından uzaqlaşdırdığını, ilin sonuna qədər sosial media platformalarına yaş məhdudiyyəti tətbiq etmək üçün qanun layihəsi təqdim etməyi planlaşdırdıqlarını deyərək hələ də qanunun tətbiq ediləcəyi yaş qrupu ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib. 

Bu yaxınlarda Avstraliya hökuməti dezinformasiyanın qarşısını almaq üçün sosial media platformalarına təzyiq etməyə imkan verən qanun layihəsini təqdim edərkən sosial media ilə bağlı narahatlıqlar və qaydalar gündəmə gətirildi. Çünkü Qanun layihəsi federal hökumət rəsmilərinə dezinformasiyanın qarşısını almaq üçün sosial media şirkətlərinə təzyiq etməyə imkan verir.

Avstraliyanın rabitə naziri Mişel Rould ölkə əhalisinin 75 faizinin dezinformasiyanın təsirindən narahat olduğunu bildirib.

Sosial media şirkətlərinin "saxta xəbərlərin yayılmasına icazə verməsi" ilə bağlı təftiş edilməsinə imkan verəcək qanun layihəsi ilə hökumət bu şirkətlərə yüksək cərimələr tətbiq edə biləcək.

Xatırladaq ki, telefonlara qoyulan qadağaların ilk dalğası Şimali Amerikada 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində başlayıb və bu müddət ərzində bir çox məktəb sektorları şagirdlərin məktəbdə mobil telefon və mesajlaşma cihazlarından istifadə etməsinə mane olan siyasət və ya qanunlar tətbiq edib. 

Bu yaxınlarda ABŞ-nın 42 ştatının baş prokurorları Konqresi sosial media platformalarında bu platformaların uşaqların psixi sağlamlığına təsiri ilə bağlı xəbərdarlıqlar etməyə çağırıb.

“Washington Post” qəzetinin yazdığına görə, baş prokurorlar ABŞ Konqresinə göndərdikləri məktubda sosial media platformalarının uşaq və gənclərin psixi sağlamlığına mümkün təhlükələri ilə bağlı xəbərdarlıqların olmasının lazım olduğunu bildiriblər.

Avropa İttifaqı ölkələri də ekran asılılığı və kiber zorakılıqla mübarizə məqsədilə məktəblərdə smartfonlardan istifadəni qadağan edir. İtaliyada uşaqlara smartfonlardan istifadəni və sosial media hesablarını qadağan etmək üçün başladılan petisiya mübahisələrə səbəb olub. İtaliya mətbuatında yer alan xəbərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 14 yaşından kiçik uşaqların cib telefonuna, 16 yaşından kiçik uşaqların isə mobil telefona sahib olmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına İtaliyanın məşhur simaları da dəstək verib. 

Rejissor Paola Kortellesi ilə yanaşı Alba Rohrwacher, Stefano Accorsi və Luca Zingaretti kimi italyan aktyorlar da kampaniyaya qoşularaq, uşaqların cib telefonlarından və sosial mediadan qorunması lazım olduğunu müdafiə ediblər.

Paylaş: