22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Uqandada meymunçiçəyinə yoluxma hallarının sayı 145-ə çatıb

19-10-2024
IMG

Uqandada meymunçiçəyinə yoluxma hallarının sayı 145-ə çatıb.

Fhnews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Paytaxt Kampalada bir həftə ərzində 27 yeni yoluxma qeydə alınıb.

Bununla belə, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Xatırladaq ki, avqustun 14-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib.

Bundan əvvəl ÜST insanlarda xəstəliyin aşkarlanması və müalicəsinə çıxışını artırmaq üçün meymunçiçəyi üçün peyvəndlərin, dərmanların və sınaq avadanlığının "giriş və müəyyənləşdirmə mexanizmi"nin (“Access and Allocation Mechanism”, AAM) yaradılmasını açıqlayıb.

Paylaş: