22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNOPS onkoloji xidmətlərin modernləşdirilməsində Özbəkistana yardım edir

23-07-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) və Özbəkistan hökuməti İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə Daşkənddə və bu ölkənin 13 regionunda onkoloji xidmətlərin modernləşdirilməsi üzrə layihə həyata keçirirlər. 

Fhnews.az bu barədə Özbəkistan mətbuatına istinadla xəbər verir.

Qeyd olunur ki, layihə çərçivəsində Daşkənddəki yeni Onkologiya və Radiologiya Mərkəzi dünyanın aparıcı istehsalçılarından ən müasir və yüksək texnologiyalı tibbi avadanlıqları qısa müddətdə qəbul edib.

BMT-nin Layihə Xidmətləri Ofisi bugünədək Özbəkistana 41 milyon ABŞ dollarından çox dəyəri olan avadanlıq, o cümlədən müasir diaqnostika, müalicə, laboratoriya, radioloji və informasiya-kommunikasiya ləvazimatları tədarük edib.

2024-cü ilin sonuna qədər Özbəkistana əlavə 18 milyon ABŞ dolları dəyərində təchizat, o cümlədən qabaqcıl anatomik kartoqrafiya avadanlığı və xüsusi texnologiya göndəriləcək.

Layihənin məqsədi Özbəkistanda onkoloji yardımın modernləşdirilməsi, bu sahədə xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasıdır. Onun həyata keçirilməsi sayəsində hər il 150 mindən çox onkologiya xəstəsinin xərçəngin operativ və dəqiq aşkarlanması, ünvanlı terapiya və fərdi qayğı daxil olmaqla, bütün xidmətlərə çıxışının təmin edilməsi planlaşdırılır.

Təşəbbüs sayəsində gündəlik klinik xidmətlərin sayının 40 faiz artacağı və stasionar müalicənin keyfiyyətinin yaxşılaşacağı da gözlənilir.

Paylaş: