UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 30-da BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanda ana və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat verən komitə sədri uşaqlara qayğının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Bu sahəni əhatə edən mühüm dövlət proqramları, həyata keçirilən ardıcıl tədbirlər barədə danışan H.Hüseynova qeyd edib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrlə bağlı yürüdülən məqsədyönlü siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Söhbət zamanı ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, onların hüquqlarının müdafiəsinin hüquqi aspektlərindən söz açan komitə sədri vurğulayıb ki, Milli Məclis bu sahədə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, həmçinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizdə ailə, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aparılan dövlət siyasətini müsbət dəyərləndirib, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş əhəmiyyətli uğurları qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi bir sıra mühüm layihələr barədə məlumat verən qonaq bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı zamanı onların təhlükəsiz şəraitdə yaşaması üçün əhali arasında minalarla bağlı geniş maarifləndirmə işi həyata keçirir.
Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...