22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

20-06-2024
IMG

Havanın çirklənməsi qlobal miqyasda əsas ölüm faktorlarındandır.

Fhnews.az xəbər verir ki, bununla bağlı BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb. Qlobal Hava vəziyyətinin hesabatına görə, havanın çirklənməsi böyüklər və uşaqlar üçün qlobal miqyasda ikinci aparıcı ölüm riskinə çevrilib.

İlk dəfə UNICEF ilə əməkdaşlıq çərçivəsində hazırlanan, Sağlamlıq Effektləri İnstitutu (HEI) və UNICEF tərəfindən yayımlanan araşdırmaya əsasən, havanın çirklənməsi 2021-ci ildə dünya üzrə 8,1 milyon insanın ölümünə səbəb olub. Bildirilib ki, yüksək qan təzyiqi böyüklərin ölümləri üçün qlobal risk faktoru, qidalanma isə uşaqlar üçün əsas riskdir.

2021-ci ildə havanın çirklənməsinə məruz qalan 5 yaşdan kiçik 700 mindən çox uşaq həyatını itirib. Uşaq ölümlərinin təxminən 500 mini əsasən Afrika və Asiyada çirkləndirici yanacaqlardan qapalı şəraitdə istifadə olunması səbəbindən baş verib. Məişət havasının ozon və azot dioksidi kimi çirkləndiricilərə məruz qalması bütün dünyada insan sağlamlığına ciddi təsir göstərir.

Hesabata 200-dən çox ölkə və ərazi üzrə məlumatlar daxildir ki, bu da Yer kürəsində demək olar hər bir insanın gündəlik olaraq qeyri-sağlam hava ilə nəfəs aldığını göstərir. Çirkli hava hissəcikləri ağciyərlərdə qalır və qan dövranına daxil ola bilir. O, bir neçə orqana təsir edir və ürək xəstəliyi, insult, diabet, ağciyər xərçəngi kimi xəstəliklər riskini artırır.

Paylaş: