UNICEF: Cənub-Şərqi Asiyada təxminən 6 milyon uşaq “Yagi” qasırğasından təsirlənib
UNICEF-in Şərqi Asiya və Sakit Okean Regional direktoru June Kunugi qasırğanın Vyetnam, Myanma, Laos və Taylanddakı təsirləri ilə bağlı yazılı açıqlama verib.Kunugi bildirib ki, "Yagi” qasırğasından sonra qalan dağıntıların ən ağır nəticələri ilə üzləşənlər uşaqlar və onların ailələri olub.
“Yagi”nin bu il Asiyanı vuran ən güclü tayfun olduğunu qeyd edən Kunugi onun səbəb olduğu fəlakətlərdən təxminən 6 milyon uşağın mənfi təsirləndiyini ifadə edib. O, bildirib ki, Vyetnamda 850-dən çox məktəb və 550-dən çox sağlamlıq mərkəzi zərər görüb.
June Kunugi Şərqi Asiya və Sakit Okeandakı uşaqların iki nəsil əvvəlki ilə müqayisədə iqlim böhranının təsirlərinə 6 dəfə daha çox məruz qaldığına diqqət çəkib. UNICEF hesab edir ki, fəlakətdən zərər çəkmiş uşaqların və ailələrin kritik ehtiyaclarını ödəmək üçün ilkin olaraq 15 milyon dollar lazımdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...