UNICEF 6 fevral zəlzələlərinin birinci ildönümü ilə bağlı mesaj verib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərin milyonlarla uşağın həyatını alt-üst etdiyini açıqlayıb. UNICEF "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərin birinci ildönümü ilə bağlı açıqlama yayıb.
Bəyanatda Türkiyə və Suriyada yaxın tarixdə baş verən ən ölümcül zəlzələlərin təhlükəsiz su, təhsil və sağlamlıq kimi xidmətlərə çıxışın məhdudlaşdırılmasına səbəb olduğu vurğulanıb. Qeyd olunub ki, UNICEF təxminən 2,4 milyonu uşaq olmaqla 4,7 milyon insanın ehtiyaclarını ödəmək üçün hökumət və qeyri-hökumət təşkilatları ilə işləyir.
Rassel bildirib ki, zəlzələlərdən zərər çəkmiş uşaqlar normal həyata dönsələr də, hələ görüləcək çox işlər var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...