UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Baalbek şəhəri təhlükə altındadır
İsrailin Livana təcavüzü Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Ümumdünya İrs Siyahısında yer alan 3000 illik Baalbek şəhərini təhdid edir. Ölkənin şərqindəki Beka vadisində yerləşən və dünyanın ən möhtəşəm məbəd şəhəri sayılan Baalbek döyüş təyyarələrinin hədəfinə çevrilib.
2006-cı ildə Livan-İsrail müharibəsindən də təsirlənən bölgədə Zahlidən Baalbekə qədər uzanan əsas küçədə və dünyanın ən möhtəşəm məbəd şəhəri sayılan qədim Baalbek şəhərinin ətrafında çoxlu binalar hava zərbələrinə məruz qalır.
Livan türkmənlərinin daha çox yaşadığı Duris kəndində yerləşən və Əyyubilər dövründə xarab olmuş Roma materialları ilə tikilmiş Duris Qübbəsi də bu tikililərdən biridir. Yaxınlıqdakı binaları hədəf alan şiddətli hava hücumlarından sonra 13-cü əsrdə tikilmiş tarixi binanın sütunları zədələnib və günbəzindəki daşlar uçmağa başlayıb.
Livanın mədəniyyət naziri Məhəmməd Murtaza bildirib ki, UNESCO Livanın Sur və Baalbek başda olmaqla Dünya İrs Siyahısında yer alan arxeoloji obyektlərini qorumaq üçün tədbir görməlidir.
Qeyd edək ki, Livanın şərqindəki Beka vadisində yerləşən Baalbek şərqdən qərbə gedən ticarət yolunun əhəmiyyətli bir mərkəzi olmuş, Romadan sonra antik dövrün ən əhəmiyyətli dini mərkəzi hesab edilmiş və müharibələr səbəbiylə tarix boyu dəfələrlə əl dəyişdirmişdir. Şəhərin adı Finikiyalıların inanc sistemində ən qüdrətli tanrı sayılan "Baal"dan gəlir.
1984-cü ildə UNESCO tərəfindən qorunan şəhər dünyanın ən böyük, ən qədim və ən sirli məbəd şəhəri kimi tanınır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...