UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında yer alıb
ABŞ-ın Stanford Universiteti 2024-cü il üçün dünyanın ən yaxşı 2 faiz alimlərinin (World's Top 2% Scientists) siyahısını açıqlayıb.
Dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 əməkdaşının adı da yer alıb.
UNEC-dən verilən məlumata görə, siyahıya əsasən, Kompozit materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları Tural Nağıyev, Elçin Vəliyev və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı Andrea Qatto dünyanın TOP 2 faiz ən yaxşı alimləri sırasındadır.
Qeyd edək ki, reytinq siyahısı dünyanın nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahının tərtib edilməsi iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı seçim isə keyfiyyət göstəriciləri əsasında (istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi, hm-indeksi, tək müəllifi olduğu məqalələrə istinadların sayı və s.) aparılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...