22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb

27-08-2024
IMG

UNEC-də bakalavriatura pilləsinə qəbul üzrə birinci mərhələnin nəticələri açıqlanıb.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

 

 

Bildirilib ki, nəticələrə əsasən, UNEC üzrə ümumi qəbul planı 99,81 % yerinə yetirilib. Belə ki, 3755 yerdən 3748-nə tələbə qəbulu həyata keçirilib. II, IV və V ixtisas qruplarında 100 faiz, I qrupda 99,59 %, III qrupda isə 98,52 % yerlər dolub. Tədrisi ingilis, rus və türk dillərində aparılan fakültələrdə qəbul planı üzrə yerlər 100%, azərbaycan dili üzrə isə 99,88 faiz dolub.

Sevindirici haldır ki, bu il 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayı keçən il ilə müqayisədə 89.4% artaraq, 409 nəfərə çatıb. Ölkə üzrə 600-dən çox bal yığanların 14.4 %-i isə məhz UNEC-i seçib. 600-dən yüksək bal toplayan 409 nəfərin 226-sı (ölkə üzrə 21.2%) I qrupun, 183 nəfəri (ölkə üzrə 65.4%) isə II qrupun payına düşüb.

İlk dəfə olaraq, 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olan I qrup tələbələrinin sayı II qrup tələbələrinin sayından 24% çox olub. Həmin tələbələrin 171 nəfəri azərbaycan, 227 nəfəri ingilis, 11-i isə rus bölməsinə daxil olub. UNEC-ə qəbul olan bütün tələbələrin 30%-i 500-dən çox bal, 13%-i isə 300-dən az bal toplayan abituriyentlərdir.

Bu il UNEC-ə orta keçid balı 446 olub. Bu göstərici ingilis dilində təhsil üzrə 635, azərbaycan dili üzrə 440, rus dili üzrə 417, türk dili üzrə isə 385 təşkil edib. Eləcə də, I qrup üzrə orta keçid balı 495, II qrup üzrə 452, III qrup üzrə 443, IV qrup üzrə 296 və V qrup üzrə (UNEC-də qabiliyyət imtahanı keçirilmir) 232 bal olub.

Paylaş: