Ulan-Batorda qaz daşıyan yük maşını partlayıb
Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın başlayıb.
Fhnews.az TASS agentliyinə istinadla məlumat verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib.
Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...