Ukrayna Türkiyənin beşinci nəsil qırıcı təyyarələrini almaq istəyir
Gələcəkdə Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir və onlardan harada istifadə edəcəyini artıq bilir.
Fhnews.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu fikri Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar söyləyib.
O bildirib ki, KAAN-ın F-35 və F-22 ilə rəqabət aparmaq üçün tam potensialı vardır.
“Beləliklə, dediyimiz kimi, uğur qazana bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən biri olacağıq”, - deyə səfir əlavə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...