22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ukrayna Silahlı Qüvvələri Belqorodda qəzaya uğrayan “İL-76” hərbi təyyarəsi ilə bağlı bəyanatla çıxış edib

24-01-2024

Ukrayna Silahlı Qüvvələri Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

Fhnews.az xəbər verir ki, bu bəyanatla Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək. Xüsusilə, raket buraxılış məntəqələri və Rusiyanın təchizat logistikası ətraflı şəkildə izləniləcək. Söhbət xüsusilə hərbi nəqliyyat təyyarələrinin istifadəsindən gedir.

“Qeyd olunmuş atəş intensivliyi son vaxtlar Belqorod aerodromuna uçan hərbi-nəqliyyat təyyarələrinin sayının artması ilə birbaşa bağlıdır”, - deyə məlumatda bildirilir.

Bunu nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələri terror təhlükəsinin aradan qaldırılması üçün, o cümlədən Belqorod-Xarkov istiqamətində çatdırılma maşınlarının məhv edilməsi və hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

Bundan əlavə, təkcə son həftə ərzində Belqoroddan Xarkova və regiona 19 raket zərbəsi endirilib.

Xatırladaq ki, Rusiya Belqorod vilayətinin Koroçanski rayonunda “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.

Paylaş: