TÜRKSAT 6A iyun ayında ABŞ-a göndəriləcək
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu ölkəsinin ilk yerli və milli rabitə peyki olan “TÜRKSAT 6A”nı iyunun əvvəlində ABŞ-a göndərəcəklərini açıqlayıb. Uraloğlu Türk Aerokosmik Sənayesi kompleksində yerləşən Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzində bununla bağlı açıqlamalar verib.
Peyklə bağlı işləri tamamladıqlarını bildirən Uraloğlu “TÜRKSAT 6A” peykini yerli və milli imkanlarla istehsal etdiklərini və iyul ayında orbitə çıxaracaqlarını xatırladıb.
Nazir işin əsas planlayıcısının “Türksat” olduğunu vurğulayaraq istehsal prosesində” TÜBİTAK UZAY”, “ASELSAN” və “CTECH”in də iştirak etdiyini bildirib.
İstehsal prosesində minlərlə mühəndisin iştirak etdiyini bildirən Abdulkadir Uraloğlu "Onlar öz istehsal və maraqlarına uyğun olaraq müəyyən müddətlərdə çalışaraq bu işi həyata keçiriblər. Burada minlərlə mühəndis və texniki işçimiz iştirak edib”-dedi.
Peyklərin ömrünün ümumiyyətlə 15 il olduğunu bildirən Uraloğlu bu müddət bitdikdə mövcud peyklərin yeniləri ilə əvəz edilməsi lazım olduğuna diqqət çəkib.
İstifadə müddəti bitmiş peyklərin kosmosda uyğun orbitlərə buraxıldığını bildirən Uraloğlu bunları deyib : "Yeni peyklər texnologiyanın inkişafı, daha keyfiyyətli rabitə və yeni əhatə dairələri üçün lazımdır. Hazırkı peyklərimiz Avropa, Yaxın Şərq, Türk Cümhuriyyətləri, Uzaq Şərqi əhatə edir. “TÜRKSAT 6A” peykimizlə Afrikanın əhəmiyyətli bir hissəsini əhatə edəcəyik, ən çox da şimalda olan ölkə sayımızı 5 milyarda çatdıracağıq.”
Türkiyənin sözügedən peyki istehsal edən 10 ölkədən biri olduğunu vurğulayan Uraloğlu əlavə edib ki növbəti peyk tələbi olan ölkələrə bunu istehsal edib satmağa hazırıq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...