22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türksat 6A bu gecə orbitə buraxılacaq

08-07-2024
IMG

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin çətiri altında 2014-cü ildə işinə başlayan və 10 ildə hazır vəziyyətə gətirilən Türksat 6A-nın macərası bu gecə Türkiyə vaxtı ilə saat 00.20-də orbitə buraxılması ilə taclanacaq.

Qeyd edək ki, Türkiyənin rabitə peyk yayımı 1994-cü ildə Türksat 1B ilə başlamışdır.İki il sonra 1996-cı ildə Türksat 1C, 2001-ci ildə Türksat 2A, 2008-ci ildə Türksat 3A və 2014-cü ildə Türksat 4B kosmosa göndərilib. Türksat 5A 2021-ci ildə, nəhayət Türksat 5B isə 2022-ci ildə istifadəyə verilib.

Türksatın təşəbbüsü ilə həyata keçirilən proqramla 4A və 4B, eləcə də 3A-nın tikintisinə türk mühəndisləri də cəlb edilib. Bundan əlavə, Türksat mühəndisləri Türksat 5A və 5B-nin tikintisində Texnologiya Transfer Proqramı çərçivəsində peykin dizaynı, istehsalı və sınaq mərhələlərində iştirak ediblər.

Türkiyənin peyk tədqiqatları davam edərkən, yerli və milli Türksat 6A layihəsi 15 dekabr 2014-cü ildə nazirliyin çətiri altında rəsmi olaraq istifadəyə verilib. 21 may 2015-ci il tarixində Türksat və Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində TAI obyektlərində qurulan Kosmik Sistemlərin İnteqrasiyası və Test Mərkəzinin  açılışı ilə işlərə başlanılıb.

29 Noyabr 2018-ci ildə Kritik Baxış Faza-2 başlasa da, 2019-cu ildə mühəndislik model peykinin tikintisi üçün tədbirlər görülüb. Sözügedən model üzərində işlər 2022-ci ildə tamamlanıb.

Uçuş Modelinin İlkin Funksional Testləri 2022-ci ilin iyununda başa çatıb. Uçuş Modelinin Termal Vakuum Testləri isə 2022-ci ilin dekabrında başa çatıb.

Uçuş Modelinin Titrəmə və Akustik Testləri 2023-cü ilin Avqust ayında, Uçuş Modelinin Şok Testləri isə 2023-cü ilin noyabrında tamamlanıb.
Uçuş Modelinin Yekun Funksional Testləri 2024-cü ilin yanvar ayında tamamlanıb və uçuş modeli CATR sınaqları həyata keçirilib.

2024-cü ilin aprel ayında uçuş modelinin kütlə xassələri ölçülüb və keçən ay uçuş modelinin yerə çatdırılması və qablaşdırılmasına başlanıldı. Peyk iyunun 4-də Space X-in ABŞ-ın Florida ştatındakı Kanaveral burnu kosmodromuna göndərilib.

Türksat 6A peykinin yaradılmasında Türkiyə Kosmik Agentliyi, TÜBİTAK UZAY, Türksat AŞ, ASELSAN, C2Tech və TAI iştirak edib.

Beləliklə, bütün hazırlıqlar tamamlanıb və Türkiyənin ilk yerli və milli rabitə peyki kosmosa göndərilməyə hazırdır. Türksat 6A peyki bu gün ABŞ yerli vaxtla saat 17.20-də və Türkiyə vaxtı ilə gecə 00.20-də Falcon 9 raketi ilə buraxılış mərkəzindən kosmosa göndəriləcək.

Paylaş: