22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

19-05-2024
IMG

Aşqabadda Kopetdağ silsilə dağlarının ətəyində türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr edilmiş heykəlin açılışı olub.

Fhnews.az Türkmənistan mediasına istinadla xəbər verir ki, tədbirdə Prezident Sərdar Berdiməhəmmədov, hökumət üzvləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

60 metrlik abidə 20 metrlik postament üzərində ucalıb.

“Memorial kompozisiyanın bir hissəsi Türkmənistanda hazırlanıb, onları əraziyə gətirərək birləşdiriblər. Meydançada təcrübəli peşəkar mütəxəssislər dəstəsi çalışıb: bunlar metaləridən mütəxəssislər, qüllə kranlarının operatorları, qaynaq işləri ustaları və nəqliyyatçılardır. Hamı çox ahəngdar çalışırdı, bu səbəbdən də işlər rəvan gedirdi”, - deyə heykəltaraş, Türkmənistanın Xalq rəssamı Saraqt Babayev bildirib.

Təntənəli mərasim möhtəşəm işıq şousu və atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi Azərbaycanda da geniş qeyd olunub. Bakıda və başqa şəhərlərdə türkmən filosofun həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans, kitab təqdimatları, bir sıra tədbirlər keçirilib.

Paylaş: