Türkiyənin yerli və milli rabitə peyki Türksat 6A kosmosa buraxılıb
Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A Türkiyə vaxtı ilə saat 02.30-da ABŞ-nın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından kosmos səyahətinə başlayıb.
Türksat 6A-nın buraxılış anından təxminən yarım saat sonra raketdən ayrılması gözlənilir. İlk siqnal peyk raketdən ayrıldıqdan təxminən 70 dəqiqə sonra qəbul ediləcək.
Türksat 6A kosmosa müvəffəqiyyətlə göndərildikdən sonra stansiyalar vasitəsilə bütün orbit və alt sistem yoxlamaları aparılacaq və peyk 42 dərəcə şərq uzunluğunda orbitinə doğru kosmos səyahətinə başlayacaq.Bu səyahətin tamamlanmasıyla orbital sınaqlar mərhələsi başlayacaq və Türksat 6A Türksat tərəfindən qəbul edilərək ən az 1 ay davam edəcək sınaqlardan sonra istifadəyə veriləcək.
Dünyadan 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A 20 Ku Band transponderi ilə xidmət göstərəcək. 8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan Türksat 6A ilə Türksatın xidmət göstərdiyi əhatə dairəsi Hindistan, Tayland, Malayziya və İndoneziyaya qədər genişlənəcək.Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin yüzdə 65-dən çoxuna çata biləcək. Türkiyə peyklərinin istifadə etdiyi əhali sayı isə 3,5 milyarddan 5 milyardı keçəcək.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türksat 6A peykinin son vəziyyətini sosial media hesabında paylaşıb. Nazir paylaşımında bunları yazıb : "Planlaşdırıldığı kimi 67-ci dəqiqədə peykimizdən ilk siqnalı uğurla aldıq. Təbriklər… "
Peykdən ilk siqnalın alınması o deməkdir ki, peykin buraxılması və raketdən ayrılması uğurla başa çatıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...