22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

02-06-2024
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 3-də Çin Xalq Respublikasına rəsmi səfər edəcək.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, səfər Çinin XİN rəhbəri Van İnin dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.

Səfər iyunun 5-dək davam edəcək.

Paylaş: