Türkiyənin üç vilayətində meşə yanır
Türkiyənin Çanaqqala şəhərinin Ezine rayonunda meşə yanır.
Fhnews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Həmçinin, Elazığ şəhərinin Maden rayonunda da meşə yanğını başlayıb. Yanğına havadan və qurudan müdaxilə edilir.
Yanğın küləyin təsiri ilə ətraf ərazilərə də yayılıb.
Bundan başqa, Türkiyənin Uşak əyalətində başlayan meşə yanğınları da hələ ki tam söndürülməyib. Bununla belə, 40 saatdır davam edən meşə yanğınları nəzarət altına alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Bölgədəki üç məhəllənin sakinləri təxliyə olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...