Türkiyənin təyyarədaşıyan gəmisində konsept dizayna başlanılıb
Milli döyüş təyyarəsi “KAAN” ilk uçuşunu həyata keçirdikdən sonra ölkənin Müdafiə Sənayesində daha bir kritik mərhələ başlayıb. Söhbət yerli və milli təyyarədaşıyan gəminin konsept dizaynından gedir. Dəniz Qüvvələri Komandiri Admiral Ərcüment Tatlıoğlu bu çərçivədə Dizayn Layihə Ofisi Müdirliyində görülən işlərlə maraqlanılb.
Dizayn Layihə Ofisinin Türkiyənin ilk Milli Dəniz Döyüş Platforması olan “Milgem Layihəsi”ndən başlayaraq döyüş gəmilərinin dizaynını öz üzərinə götürdüyü və son illərdə mühüm addımlar atdığı vurğulanıb.Ofis tərəfindən həyata keçirilən 'Milgem Layihəsi' çərçivəsində bir çox gəminin tamamlandığını xatırladan mənbələr, orta tonajlı və çevik döyüş gəmisi TF-2000 Hava Müharibəsi Destroyerinin ilkin dizayn fəaliyyətlərinin davam etdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...