22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin təhsil sistemində yenilik : tətil müddəti azalacaq, dərs vaxtı isə artacaq

15-02-2024

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB)  təhsil iş günü müddətinin 180 gündən artırılaraq 200 günə çıxarılması  ilə bağlı Əsasnamə hazırlayır. Şagirdlərin ildə 200 gün məktəbə getməsi üçün yeni tədris təqviminin yaradılmasına başlanılıb. 

Gözlənilən tənzimləmə ilə təhsil və təlim iş günlərinin 180 gündən 200 günə qədər artırılması hədəflənir. Daha əvvəl açıqlanan təqvimə əsasən, 2024-2025-ci tədris ili sentyabrın 9-da başlayacaq. Yay tətilini qısaltmaqla ümumi tədris gününün uzadılması nəzərdə tutulur. 
Qeyd edək ki, Türkiyədə tədris iş günləri birinci semestrdə 90, ikinci semestrdə də 90 gün olmaqla cəmi 180 gündür. Təlim-tədris günləri dövlət bayramları, milli və dini bayramlar, eləcə də həftə sonları çıxmaqla hesablanır. Başqa sözlə, tələbələr bir tədris ilində ümumilikdə 180 gün məktəbə gedirlər. 

İnkişaf etmiş ölkələrdə bu müddət 200 gündən çoxdur. Finlandiya, Honq-Konq, Almaniya və Yeni Zelandiyada şagirdlər  ilin 190 günü məktəbə gedir. Sinqapurda 193 gün, Kanada və Şanxayda 194, Hollandiyada 200 gün, Yaponiyada 210, Cənubi Koreyada isə 220 gündür.

Türkiyədə təlim-tədris  günlərinin 200 günə çatdırılması üçün yay tətili müddəti azaldılacaq. Türkiyədə yay tətili dövrü ara tətil uygulamasından əvvəl  13 həftə idi. 2019-2020-ci tədris ilindən etibarən bu müddət 11 həftəyə endirildi. Lakin digər ölkələrlə müqayisədə bu müddət hələ də  kifayət qədər uzundur.

Beləki bu, Yeni Zelandiyada 5-6 həftə, Cənubi Koreya, Yaponiya, Hollandiya, Sinqapur, Honq-Konqda 6 həftə, Almaniyada 6-6,5 həftə, Tayvan, Şanxayda 9 həftə, Finlandiya və Amerikada 10-11 həftə, Estoniyada isə  11,5 həftədir. Tələbələr İsveçdə 10,  İngiltərədə isə 6 həftə yay tətili keçirirlər.

Paylaş: