Türkiyənin milli döyüş təyyarəsinin gələn həftə ilk uçuşunu keçirməsi gözlənilir
Türkiyənin ilk milli döyüş təyyarəsi “KAAN”ın bu il dekabrın 27-də ilk uçuşunu keçirməsi gözlənilir.
Fhnews.az xəbər verir ki, “KAAN”ın istifadəyə verilməsi ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələrinə sahib ölkələr arasında yerini tutacaq.
Türkiyənin Aviasiya və Kosmos Sənaye (TUSAŞ) şirkəti tərəfindən hazırlanan təyyarə ilk dəfə martın 17-də uçuş-enmə zolağında yerini alıb. Son doqquz ay ərzində türk mühəndisləri tərəfindən hazırlanan “KAAN” ilk uçuş sınaqlarını uğurla tamamlayıb.
Dizaynı və hazırlanması ilə Türkiyənin milli istehsalı olan “KAAN”ın qanadlarının uzunluğu 14, ümumi hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir nəfər üçün nəzərdə tutulub.
Qoşa mühərrikə sahib bu aviasiya vasitəsinin diqqət çəkən ən mühüm xüsusiyyətləri yüksək manevr qabiliyyəti, radarlara az görünməsi, göyərtəsində silah daşıma və elektronik döyüş qabiliyyətidir.
Türkiyənin ən iddialı texnologiya layihəsi olaraq xarakterizə edilən “KAAN” milli döyüş təyyarəsinin ilk uçuşu üçün gözlər yeni həftədə olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...