22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin meşə sərvətləri dünya standartlarına yaxınlaşıb

04-01-2024

Türkiyə Mühəndis və Memarlar Odaları Birliyinin Meşə Mühəndisləri Palatasının sədri Həsən Türkyılmaz dünyada iqlim dəyişikliyi və qlobal istiləşmənin təsirlərinin minimuma endirilməsi və yaşıl ərazilərin artırılması ilə bağlı məlumat verərək Türkiyənin səhralaşma və quraqlıqla mübarizədə mühüm addımlar atdığını bildirib.

Türkiyənin 2023-cü ildə meşə aktivi hədəfinin yüzdə 30 olduğunu bildirən Həsən Türkyılmaz bu rəqəmə 29,98 % ilə çatdıqlarını deyib və dünya statistikasında yüzdə 31 nisbətinə ən qısa zamanda çatacağına ümidli olduğlarını da bildirib : “Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2015-2020-ci il hesabatlarına görə, Türkiyə meşə varlıqlarını artıran ölkələr arasında 46-cı yerdə olub, milli meşəsalma kampaniyaları nəticəsində 2020-ci ildə 27-ci yerə yüksəlib”.

Bu hesabata görə Türkiyənin meşə varlıqlarını artıran ölkələr siyahısında Avropada 1-ci, dünyada isə 6-cı yerə yüksələn bir qrafik əldə etdiyinə diqqət çəkən Türkyılmaz, meşə sahələrinin yüzdə 29,98-ə çatdığını söyləyib.

Dünyanın quru kütləsinin yüzdə 31-nin meşələrdən ibarət olduğunu vurğulayan Həsən Türkyılmaz fikirlərini nikbin proqnozla yekunlaşdırıb: "Türkiyənin 2023-cü ildə meşə varlığı üçün hədəfi yüzdə 30 idi. Bu rəqəmə yüzdə 29,98 ilə çatdıq. Ümid edirəm ki, 31 faizlik dünya statistikasına qısa zamanda çatmaq mümkün olacaq”.

Paylaş: