Türkiyənin “ANKA III” PUA-sı HÜRJET təyyarəsi ilə birgə uçuş həyata keçirib
Türkiyənin hücum pilotsuz uçuş aparatının (PUA) yeni modifikasiyası olan “ANKA III” bu ölkənin müdafiə sənayesinin daha bir nailiyyəti - səsdən sürətli uçan HÜRJET reaktivi təyyarəsi ilə birlikdə sınaq uçuşuna cəlb edilib.
Fhnews.az xəbər verir ki, TUSAŞ aerokosmik şirkətinin sosial şəbəkələrdəki səhifəsində onların 7 min fut (2,1 kilometrdən çox) hündürlükdə 50 dəqiqəlik uçuşunu əks etdirən görüntülər yerləşdirilib.
Şirkət videoya dair izahatda səkkiz “ANKA III” hücum PUA-sı və 66 ədəd HÜRJET təyyarəsinin artıq istehsal edildiyini bildirib.
“ANKA III” PUA-sının ilk uçuşu 2023-cü il dekabrın 28-də həyata keçirilib və hazırda onun sınaqları davam etdirilir.
Türkiyə şirkəti pilotlu təyyarələrdən PUA-ların monitorinqi proqramını həyata keçirməyi də hədəfləyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...