Türkiyənin “ağ cənnət”inə rekord sayda turist axını
UNESCO-nun Dünya İrs Siyahısında yer alan Pamukkaleni 2023-cü ildə 2 milyon 200 min turist ziyarət edib. Bu rəqəm 2022-ci ildə 1 milyon 850 min olub.
Ağ travertenləri ilə məşhur olan Pamukkale 4 mövsüm boyunca dünyanın hər yerindən gələn ziyarətçiləri qəbul edir. Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Pamukkale tarixi teksturası, termal suları və bənzərsiz gözəlliyi ilə turistlər tərəfindən bəyənilir.
Hierapolis Qədim Şəhərinin də ziyarət edilə bildiyi Pamukkaledə hava şarları və paraşüt uçuşları turistlərə əyləncəli vaxt keçirmə fürsəti təqdim edir. Yay və qış aylarında 36 dərəcə isti olan Kleopatra Hovuzu ziyarətçilərinə tarixi sütunlar arasında üzgüçülük təcrübəsi qazandırır.
Pamukkaleni daha çox Uzaq Şərq və Cənubi Amerika ölkələrindən gələn turistlər ziyarət edir.
Pamukkale Hierapolis xarabalıqları işıqlandırıldıqdan və gecə muzeylərinə açıldıqdan sonra bölgəyə daha çox turistin gələcəyi nəzərdə tutulub. 2024-cü ildə 3 milyon ziyarətçini qəbul edəcək Türkiyənin “ağ cənnət”ini ilin hər fəslində görməyə dəyər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...