Türkiyənin hərb sənayesində daha bir möhtəşəm uğuru
Türkiyə hərb sənayesində daha bir möhtəşəm uğura imza atıb. Belə ki, Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizi sahillərində “TCG Preveza” sualtı qayığı tərəfindən “Akya”nın sınaq atışı həyata keçirilib.
Fhnews.az xəbər verir ki, yerli istehsal olan torpeda 12 min yardlıq məsafədən hədəf gəmini tam dəqiqliklə vuraraq batırıb.
Hədəfin vurulduğu anlar ölkənin Müdafiə Sənayesi Nazirliyinin sosial media hesabından paylaşılıb.
“TCG Preveza” sualtı qayığının həyata keçirdiyi döyüş atəşində mavi vətənin iti qılıncı olan milli torpedamız “AKYA” hədəfi tam dəqiqliklə vurub məhv etdi. Bu qürurverici məqamda əməyi olan bütün şəxslərə təşəkkür edirik. Ölkəmizə və millətimizə xeyirli olsun”, - deyə paylaşımda deyilir.
Qeyd edək ki, hazırda Yaxın və Orta Şərqin əsas aktorlarından olan Türkiyə Cümhuriyyəti müasir orduya və hərbi texnikaya malikdir. Onun istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatları Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğaldan azad edilməsində əhəmiyyətli rol oynayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...