Türkiyənin Hakkari vilayətində qarın qalınlığı 10 metri ötüb
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 10 metri ötüb.
Fhnews.az “Haber Global”a istinadən xəbər verir ki, ölkənin şərq şəhərlərində güclü qarla əlaqədar bir sıra çətinliklər yaranıb.
Güclü qar və çovğundan sonra Yüksekovanın mərkəzindən 50 kilometr aralıda yerləşən Dağlıca kəndinə gedən yolda qar uçqunu baş verib. Bundan sonra yol gediş-gəliş üçün bağlanıb. Vilayətin aidiyyəti orqanlar tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb.
Məlumata görə, qarın yaratdığı çətinliklərə baxmayaraq, yolun açılması üçün müəyyən işlər görülür. Fövqəladə qurumların əməkdaşları qarın bağladığı yolda tunel qazaraq ərazini təmizləyirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...