Türkiyənin bir neçə bölgəsində meşə yanır, kəndlər təxliyə edilib, evlərə ziyan dəyib
Türkiyənin bir neçə vilayətində meşə yanır.
Fhnews.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, İzmirin Bornova rayonunda Beşyol məhəlləsindəki yanğın ətraf ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələlərindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb.
Bundan başqa, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Kahramanmaraşın Türkoğli və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...