Türkiyənin beş vilayətində meşə yanğınları baş verib
Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.
Fhnews.az xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.
Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.
Valilik meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.
Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.
İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...