22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin bəzi bölgələrində  elektrik fırtınası xəbərdarlığı

25-07-2024
IMG

Türkiyə Hava Forumunun meteoroloji məlumatlara əsaslanan qiymətləndirməsi İstanbul, Kocaeli, Düzce, Zonguldak, Bartın və Kastamonuda narahatlıq yaradıb.Proqnozlara görə, cümə günü bu şəhərlərdə elektrik fırtınası olacaq, şiddətli yağış yağacaq, daşqın təhlükəsi var.

Qara dənizdə suyun temperaturunun anormal səviyyəyə çatacağını gözlənilir. Qara dənizin buna reaksiyası sərt ola bilər. Əgər -50 dərəcə buludun yuxarı temperaturu dənizin temperaturu ilə qarşılıqlı əlaqədə olarsa, nəhəng qalınlıqda buludlar əmələ gəlir ki, bu da dəhşətli yağışlar və daşqın riski deməkdir.

Paylaş: