22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin 58-ci hava limanı istifadəyə verilib

11-08-2024
IMG

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  bu gün Çukurova Beynəlxalq Hava Limanının açılışı olub.Təqribən 244,5 milyon avro investisiya dəyəri ilə qur-işlət-təhvil modeli ilə inşa edilən hava limanının 25 il ərzində 297 milyon 100 min avro icarə gəliri əldə edəcəyi gözlənilir.

8 milyon sərnişin tutumuna malik olan hava limanı Adana və Mersin başda olmaqla Çukurova bölgəsinə xidmət göstərəcək.800 hektar sahədə inşa edilən və CAT-II standartlarında 3500 metr uzunluğunda uçuş-enmə zolağına sahib olan hava limanı Türkiyənin ən əhəmiyyətli aviasiya investisiyalarından biri hesab olunur.Hava limanı regionun turizm və ticarətinə mühüm töhfələr verəcək. Yük daşımalarının çoxalması ilə ticarət həcminin iki dəfə artması gözlənilir ki, bununla da Türkiyənin ikinci ən böyük yük mərkəzi və Yaxın Şərqə açılan qapı olması hədəflənir.

110 min kvadratmetr qapalı sahəsi olan aerovağzal binasının tikildiyi hava limanında 40 təyyarə tutumlu 217 min kvadratmetrlik apron, 62 min kvadrat metrlik yük apronu və 56 min kvadrat metrlik ümumi aviasiya apronu var.

Burada xüsusilə təcili və kritik materialların hava nəqliyyatı ilə vaxtında çatdırılmasının təmin edilməsi tədarük zəncirlərinin fasiləsiz işləməsinə kömək edəcəkdir.

Paylaş: