Türkiyənin 27 vilayətində meşələrə giriş müvəqqəti qadağan edilib
Türkiyə hökuməti ölkənin 27 vilayətində meşə ərazilərinə daxil olmağa müvəqqəti qadağa tətbiq edib.
Fhnews.az xəbər verir ki, bu barədə məsələ bir sıra vilayət valilərinin iştirakı ilə keçirilən Meşə Yanğınlarına Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında müzakirə olunub.
Meşələrə baş çəkməyi qadağan etmək qərarı meteoroloqların həddindən artıq isti və küləkli hava ilə bağlı proqnozları nəzərə alınaraq qəbul olunub.
İclasda meşə yanğınları zamanı fəaliyyət proseduru müəyyən edilib, o cümlədən əhalinin təbii fəlakət zonasından təxliyəsi ssenariləri ilə bağlı yanğınsöndürmə xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Komissiyanın qərarına əsasən, meşələrə giriş qadağası Mərmərə bölgəsinin səkkiz vilayətində, Egey bölgəsinin altı vilayətində, Aralıq dənizi bölgəsinin beş vilayətində, Mərkəzi Anadoluda dörd vilayətdə və Qara dəniz bölgəsinin dörd vilayətində tətbiq olunacaq.
Bununla yanaşı, Kayseridə iyunun 1-dən oktyabrın 31-dək, Samsunda iyunun 10-dan oktyabrın 31-dək, İstanbul ətrafı ərazilərdə iyunun 10-dan oktyabrın 15-dək, Antalyada iyunun 7-dən oktyabrın 7-dək meşə ərazilərinə səfər etmək qadağan olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...