Türkiyədən Fələstinə 2 min 334 ton yardım aparan gəmi Mersindən yola salınıb
Türkiyədən Fələstinə 109 TIR humanitar yardım aparan gəmi Mersin Beynəlxalq Limanından yola düşüb.
Fovqaladexeberler.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Mersin Qubernatorluğu və 29 qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırladığı bu yardıma qida, gigiyena və sığınacaq məhsulları daxildir.
AFAD-ın direktoru Cenk Yıldız bildirib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin koordinasiyası ilə 13 oktyabr 2023-cü ildən etibarən Fələstinə yardım materialları daşıyan 12 təyyarə və 3 gəmi göndərilib. Dördüncü gəmini Fələstinə göndərdiklərini bildirən Yıldız deyib: “Un, makaron, su, tomat pastası, şəkər, çadır, ədyal və gigiyena materiallarından ibarət 2 min 334 ton humanitar yardım materialını yola saldıq. Fələstin bizim qardaş ölkəmizdir. Hər zaman onların yanındayıq. Bu işləri davam etdirəcəyik"
Gəminin Misirin Əl-Ariş limanına gedəcəyi, daha sonra yardım materiallarının Fələstinə çatdırılacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...