Türkiyədən axtarış-xilasetmə qrupu İrana gedir
Xəbər verdiyimiz kimi, bu gün İran prezidenti İbrahim Rəisini daşıyan vertalyot İran-Naxçıvan sərhədində qəzaya uğrayıb. AFAD xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Türkiyədən gecəgörmə qabiliyyətinə malik axtarış-xilasetmə vertalyotu istəyib.
Bu səbəblə İran prezidentinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyədən 32 alpinist axtarış-xilasetmə heyəti və 6 avtomobil bölgəyə yola düşüb.
Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyətə də hazır vəziyyətdədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...