22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə“ Qəfəs-35” əməliyyatı çərçivəsində 34 əcnəbi saxlanılıb

03-02-2024

Türkiyənin yeddi vilayətində “Qəfəs-35” əməliyyatı icra olunub. Əməliyyatın gedişində İŞİD də daxil, müxtəlif terror qruplaşmalarına üzv olduğu ehtimal edilən 34 əcnəbi saxlanılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslər arasında qırmızı bülleten və ya təcili saxlanılma mesajı ilə beynəlxalq axtarışda olanlar da var. Onlardan 13-ü İstanbulda saxlanılıb. 

Nazir qeyd edib ki, əməliyyat zamanı terror qruplaşmalarına aid çox sayda silah-sursat, valyuta və rəqəmsal material aşkarlanaraq müsadirə edilib.

Paylaş: